QAN YADDAŞI


İstanbulda “Unudulmayan Xocalı” şeirlər toplusu nəşr olunub

İstanbul, 28 fevral, AZƏRTAC

İstanbulda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar “Unudulmayan Xocalı” şeirlər toplusu nəşr olunub.

Şairə və yazıçı Könül Ordubadi tərəfindən hazırlanan kitabda Azərbaycan və Türkiyədən olan şairlərin Xocalı soyqırımına, o cümlədən Vətən və torpağın müqəddəsliyinə həsr etdikləri şeirlərlə yanaşı, Hüseyn Cavid, Xəlil Rza Ulutürk, Rəsul Rza, Abbas Səhhət və digər tanınmış ədiblərin əsərləri də yer alıb.

AZƏRTAC-ın Türkiyə və Səudiyyə Ərəbistanı üzrə xüsusi müxbiri Sabir Şahtaxtı kitaba yazdığı ön sözdə qeyd edir ki, təqdim olunan şeirlər beynəlxalq ədəbi ictimaiyyətin diqqətini çəkəcək, Xocalı soyqırımını törədənlərə qarşı etiraz səsini ucaltmasına öz təsirini göstərəcək. Bu kitab Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərə özünəməxsus töhfədir.

Tanınmış jurnalist Elnur Eltürkün redaktorluğu ilə təqdim olunan topluda ümumilikdə 106 müəllifin şeirləri əksini tapıb.

Türkiyədə fəaliyyət göstərən “Araz yayınları” nəşriyyatı tərəfindən çap edilən kitab nəfis tərtibatı ilə fərqlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.