CƏMİYYƏT


İstanbulda “Xocalı soyqırımından Qarabağ Zəfərinə” mövzusunda konfrans keçirilib

İstanbul, 28 fevral, AZƏRTAC

İstanbulda “Xocalı soyqırımından Qarabağ Zəfərinə” mövzusunda onlayn konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin “Karabakh is Azerbaijan” Milli Platformasının Türkiyə koordinatorluğu, Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi (AGİH) qeyri-hökumət təşkilatının təşəbbüsü və bir sıra qurumların dəstəyi ilə baş tutub.

İki yüzə yaxın iştirakçının qatıldığı konfransda Aydın Universitetinin Şərqi Asiya və Qafqaz Ölkələri üzrə Mərkəzinin müdiri, professor Kamil Vəli Nərimanoğlu, Marmara Universitetinin müəllimi, professor Okan Yeşilot, “Karabakh is Azerbaijan” Milli Platformasının Türkiyə üzrə koordinatoru, dövlət təhlükəsizliyi üzrə ekspert Elvin Abdurahmanlı və digərləri çıxış ediblər.

Xocalı soyqırımının Azərbaycan xalqının ürəyində dərin izlər qoyduğunu deyən çıxışçılar bildiriblər ki, bəşər tarixinin ən qanlı hadisələrindən olan Xocalı soyqırımı zamanı insanlar diri-diri yandırılıb, işgəncələrə məruz qalıb, ən yaxşı halda güllələnib. Xocalı soyqırımında iştirak edən erməni həkim Zori Balayan və Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın cezalandırılmaması isə beynəlxalq hüquqa və Avropa standartlarına ziddir. 1994-cü ildə Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən bu qanlı hadisəyə “soyqırımı” statusu verilib. O gündən etibarən Azərbaycan uzun illərdir siyasi müstəvidə Xocalıya ədalət axtarır.

Qeyd edilib ki, Xocalıda itkin düşən şəxslərin taleyi haqqında Ermənistan açıqlama verməyə məcburdur.

Tədbir sual-cavab formatında davam etdirilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.