MƏDƏNİYYƏT


İstanbulda beynəlxalq kitab sərgisi açılacaq

Bakı, 16 avqust, AZƏRTAC

Sentyabrın 1-dən 9-dək Türkiyənin İstanbul şəhərində ərəbdilli kitablardan ibarət beynəlxalq kitab sərgisi açılacaq.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Mətbuat Yayım Peşə Birliyi, Beynəlxalq Ərəbcə Kitab Naşirləri Dərnəyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə reallaşacaq sərgi “Yeni bir dünya kəşf et” devizi altında keçiriləcək.

Sərgidə Misir, İordaniya, Suriya, Livan, Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Sudan, Mərakeş, İngiltərə, İtaliya, İran və İraqdan olmaqla 200-dən çox nəşriyyat və poliqrafiya şirkətləri təmsil olunacaq. Dördüncü dəfə təşkil olunacaq sərgidə bir sıra görüşlər keçiriləcək, qarışlıqlı əməkdaşlıq əlaqələri qurulacaq, poliqrafiya və nəşriyyat müəssisələrinin maraq dairəsində olan məsələlər müzakirə olunacaq.

Ölkəmizin də sözügedən sərgidə təmsil olunacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.