MƏDƏNİYYƏT


İstanbulda beynəlxalq kitab sərgisi başa çatıb

Bakı, 10 sentyabr, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində ərəbdilli kitablardan ibarət beynəlxalq kitab sərgisinin bağlanış mərasimi keçirilib.

Anadolu agentliyinin məlumatına görə, Türkiyə Mətbuat Yayım Peşə Birliyi, Beynəlxalq Ərəbcə Kitab Naşirləri Dərnəyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə reallaşan sərgi “Yeni bir dünya kəşf et” adı altında reallaşıb.

Sərgidə Misir, İordaniya, Suriya, Livan, Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Sudan, Mərakeş, İngiltərə, İtaliya, İran və İraqdan olmaqla 200-dən çox nəşriyyat və poliqrafiya şirkətləri təmsil olunub.

Dördüncü dəfə təşkil olunan sərgidə bir sıra görüşlər keçirilib, poliqrafiya və nəşriyyat müəssisələrinin maraq dairəsində olan məsələlər müzakirə olunub. Doqquz gün davam edən sərgini 60 minədək insan ziyarət edib.

Qeyd edək ki, sözügedən sərgi hər il ənənəvi olaraq təşkil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.