İDMAN


İstanbulda beynəlxalq turnirin ilk günündə 4 güləşçimiz finala yüksəlib

Bakı, 28 iyul, AZƏRTAC 

İstanbulda sərbəst və qadın güləşi üzrə Olimpiya, Avropa və dünya çempionu Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 46-cı beynəlxalq turnir keçirilir. Turnirin ilk günündə 57, 65, 74, 86 və 97 kiloqram çəki dərəcələrində sərbəst, 50, 55, 59, 65 və 72 kiloqram çəkidə isə qadın güləşçilər mübarizə aparıblar.

AZƏRTAC xəbər verir ki, sərbəst güləşçilərin mübarizəsində Əli Rəhimzadə (65 kq), Murad Süleymanov (86 kq) və Aslanbek Alborov (97 kq) bütün rəqiblərindən üstün olaraq finala yüksəliblər. Finalda təmsilçilərimiz müvafiq olaraq İran, ABŞ və İran idmançıları ilə qarşılaşacaq.

Aslanbek Alborov ilk görüşdə komanda yoldaşı Şərif Şərifovu, yarımfinalda isə ABŞ idmançısı, Olimpiya çempionu Kyle Şnayderi mübarizədən kənarlaşdırıb.

Qadın güləşçilərin mübarizəsində isə 65 kiloqram çəki dərəcəsində təmsilçimiz İrina Netreba bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Yarımfinalda Netreba komanda yoldaşı Elis Manolovadan üstün olub. Finalda İrina Netrebanın, eləcə də bürünc medal görüşünə çıxacaq Elis Manolovanın rəqibi Ukrayna idmançısı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.