DÜNYA


İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb

İstanbul, 8 fevral, AZƏRTAC

Türkiyənin səhiyyə naziri Fahrettin Koca İstanbulun Kartal rayonunda çökən səkkizmərtəbəli binanın dağıntıları altından yaralı olaraq xilas edilən vətəndaşları Kartal Tədris və Araşdırma Xəstəxanasında ziyarət edib.

AZƏRTAC xəbər verir ki, ziyarətdən sonra mətbuata açıqlama verən F.Koca ölənlərin sayının 15-ə çatdığını bildirib. Bildirib ki, xilas edilən 14 nəfərdən 13-nün müalicəsi davam edir. Onlardan yeddisi reanimasiya şöbəsindədir.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, hadisə fevralın 6-da baş verib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.