DÜNYA
İstanbulda bu il daha üç metro xəttinin istifadəyə verilməsi planlaşdırılır
İstanbul, 7 may, AZƏRTAC
İstanbulda inşa edilən üç metro xəttinin tikintisinin bu il yayın sonuna qədər tamamlanması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.
Bütün Türkiyədə olduğu kimi, İstanbulda da dəmir yolu infrastrukturunun hər il inkişaf etdirildiyini deyən nazir böyük şəhərlərdə nəqliyyat sıxlığının aradan qaldırılması üçün dəmir yolu xətlərinin əhəmiyyətini vurğulayıb.
Nazir hazırda Türkiyə üzrə 14 layihə ilə ümumilikdə 185 kilometr uzunluğunda şəhərdaxili dəmir yolu xəttinin inşasının davam etdiyini deyib.
Onun sözlərinə görə, İstanbulda reallaşdırılmaqda olan metro layihəsi tamamlandıqdan sonra şəhərin 263 kilometrlik dəmir yolu şəbəkəsinin uzunluğu 366,3 kilometrə çatacaq.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]