DÜNYA


İstanbulda çökən binanın dağıntıları altından daha bir cəsəd çıxarılıb

İstanbul, 8 fevral, AZƏRTAC

Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulun Kartal bölgəsində çökən binanın dağıntıları altından daha bir cəsədin çıxarıldığını bildirib.

AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı on birə çatıb.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, hadisə fevralın 6-da baş verib. Yeddimərtəbəli binadakı 14 mənzildə 43 nəfərin qeydiyyatda olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.