DÜNYA


İstanbulda çökmə riski olan 4 binanın sakinləri təxliyə edilib

İstanbul, 11 fevral, AZƏRTAC

İstanbulun Şişli rayonunda yaşayış kompleksi çökmə ehtimalına görə boşaldılıb.

AZƏRTAC xəbər verir ki, kompleksdəki 4 binadan birinin əsas sütunlarında çatlar əmələ gəlib. Digər binalar da çökmə riski altındadır. 60 mənzil, 4 iş yeri və bir avtomobil dayanacağı olan kompleks tamamilə boşaldılıb. Sakinlər otellərə yerləşdirilib.

Hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.