DÜNYA


İstanbulda çökmüş binanın dağıntıları altından daha üç nəfərin cəsədi çıxarılıb

İstanbul, 7 fevral, AZƏRTAC

İstanbulun Kartal bölgəsində çökmüş binanın dağıntıları altından daha üç nəfərin cəsədi çıxarılıb. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, binadakı 14 mənzildə 43 nəfər qeydiyyatda olub.

Faciə yerində axtarış-xilasetmə işləri davam edir. Hadisə yerinə İstanbul, Sakarya və Bursadan olan xilasedicilər, tibb işçiləri və çoxlu sayda texnika cəlb edilib. Araşdırma aparılır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.