DÜNYA
İstanbulda çökmüş binanın dağıntıları altından səslər eşidilir
İstanbul, 7 fevral, AZƏRTAC
Türkiyənin ətraf mühitin mühafizəsi və meşə təsərrüfatı naziri Murat Kurum Kartal bölgəsində çökmüş bina ilə bağlı açıqlama verib.
AZƏRTAC xəbər verir ki, nazir dağıntılar altından səslərin eşidildiyini bildirib. Əraziyə baxış keçirilib. Təəssüf ki, burada layihədən kənar, qeyri-qanuni tikilmiş binalar var. Layihə üzrə beşmərtəbəli evlərin tikilməsi nəzərdə tutulan yerlərdə 9, 10 mərtəbəli binalara rast gəlmək mümkündür. Riskli olduğu düşünülən ərazi və binalarda lazımi tədbirlər görüləcək.
Qeyd edək ki, hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Son olaraq binanın dağıntıları altından 5 yaşlı Havva Tekgöz çıxardılıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [23:33]
Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib
- 23.04.2024 [22:58]
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]