İstanbulda dağıntılar altında qalmış 4 nəfərlə telefon əlaqəsi yaradılıb
AzerTAg.az
İstanbul, 7 fevral, AZƏRTAC
Türkiyədə çökmüş binada axtarış-xilasetmə işlərinə İstanbul, Sakarya və Bursadan 59 işçi heyəti, 5 axtarış iti, 12 xüsusi xilasetmə vasitəsi, Böyükşəhər Bələdiyyəsinin 107 tibbi personalı, 40 müxtəlif texnika və 4 işıqlandırma qurğusu cəlb edilib.
AZƏRTAC xəbər verir ki, ən son məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 7 yaralı xəstəxanaya yerləşdirilib, dağıntılar altında qalmış 4 nəfərlə telefon əlaqəsi yaradılıb.
Axtarış və xilasetmə işləri davam edir. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, İstanbulda çökmüş səkkizmərtəbəli binanın 7 mərtəbəsində 14 mənzil olub. Birinci mərtəbəsində atelye olduğu bina 1992-ci ildə inşa olunub. Bina əvvəlcə beşmərtəbəli olub. Sonradan qanunsuz yolla onun üstündə əlavə üç mərtəbə tikilib. İlkin araşdırmalara əsasən binada 43 nəfər qeydiyyatda olub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul





Xəbərin mətnində orfoqrafik səhv var