CƏMİYYƏT


İstanbulda dövlət xəstəxanasının bir hissəsi “donuz qripi” şübhəsi ilə müvəqqəti bağlanıb

İstanbul, 23 yanvar, AZƏRTAC

İstanbulun Böyükçəkməcə rayonunda yerləşən Memar Sinan Dövlət Xəstəxanasının təcili tibbi yardım bölümünün bir hissəsinin fəaliyyəti H1N1virusu (donuz qripi) şübhəsi ilə müvəqqəti dayandırılıb.

AZƏRTAC xəbər verir ki, bölüm xarici bir vətəndaşın “donuz qripi” şübhəsi ilə bura gətirilməsi səbəbindən müvəqqəti bağlanıb. Xəstəxanada fövqəladə vəziyyət elan edilib.

Xəstəxananın səlahiyyətli şəxsləri tərəfindən məsələ ilə bağlı açıqlama veriləcəyi gözlənilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.