DÜNYA


İstanbulda dünyanın ən böyük Türkiyə bayrağı ucaldılıb

İstanbul, 23 aprel, AZƏRTAC

Türkiyədə qeyd edilən 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə İstanbulun Çamlıca təpəsində qaldırılan ölkənin ən yüksək bayraq dirəyində dünyanın ən böyük Türkiyə bayrağı ucaldılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mərasim ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən reallaşdırılan layihə çərçivəsində baş tutub.

Tədbirdə çıxış edən Türkiyə Prezidenti 100-cü ildönümünə yaxınlaşan respublikanı terrorla mübarizədən tutmuş iqtisadi tələlərə qədər bir çox çətinliklərə baxmayaraq, hər sahədə böyütmək və gücləndirməklə gələcək nəsillərə çatdırmaq uğrunda çalışdıqlarını bildirib.

İstanbulun demək olar hər bölgəsindən görünəcək 937,5 kvadratmetrlik bu bayraq 111 metr yüksəklikdə dalğalanır.

2021-ci il yanvarın 31-də inşasına başlanılan bayraq dirəyinin ağırlığı təxminən 100 tondur.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.