DÜNYA


İstanbulda elektrik panelinin partlaması nəticəsində 21 nəfər zəhərlənib

İstanbul, 7 fevral, AZƏRTAC

İstanbulun Bağcılar bölgəsinin Fatih məhəlləsində yerləşən beşmərtəbəli binanın girişindəki elektrik panelində partlayış baş verib. AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində 15 uşaq olmaqla 21 nəfər dumandan zəhərlənib.

Partlayışdan sonra qısa müddətdə binanı tüstü bürüyüb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib. Zərərçəkənlər bölgədəki xəstəxanalara çatdırılıblar.

Bina sakinləri təxliyə olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.