DÜNYA


İstanbulda evsiz vətəndaşlar otellərə yerləşdirilirlər

İstanbul, 18 yanvar, AZƏRTAC

Artıq bir neçə gündür Türkiyənin Marmara bölgəsi, eləcə də İstanbul üçün proqnozlaşdırılan yağıntılı hava şəraiti yanvarın 16-dan etibarən öz təsirini göstərməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, hidrometeoroloqların proqnozlarına əsasən, İstanbulun yüksək bölgələrində qarın qalınlığının 20-40 santimetrə çatması gözlənilir.

Bununla əlaqədar olaraq İstanbul Valiliyi tərəfindən evsiz vətəndaşların qorunması məqsədilə xüsusi kampaniya başladılıb. “Heç kim bayırda qalmasın, qonaq edək” şüarı ilə keçirilən kampaniya çərçivəsində şəhərdəki bütün evsiz vətəndaşlar otellərə yerləşdirilirlər. İndiyədək şəhərin 39 rayonunun müxtəlif bölgələrindəki otellərdə yerləşdirilənlərin sayı 1323 nəfərə çatıb. Valilik tərəfindən bununla bağlı əhaliyə müraciət edilib.

Bundan əlavə, İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən küçə heyvanlarının qorunması məqsədilə daha bir kampaniya başladılıb. Kampaniya çərçivəsində şəhərin bütün rayonlarında küçə heyvanlarına yemək paylanmasına başlanılıb.

İstanbulda yağıntılı hava şəraitinin yanvarın 19-dək davam edəcəyi bildirilir.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.