DÜNYA
İstanbulda helikopter qəzası nəticəsində 5 nəfər həlak olub VİDEO
Bakı, 10 mart, AZƏRTAC
İstanbulun Böyükçəkməcə rayonunda helikopter qəzası nəticəsində 5 nəfər həlak olub. Bu barədə İstanbul valisi Vasip Şahin açıqlama verib.
AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, göyərtəsində 7 nəfərin olduğu Eczacıbaşı şirkətinə məxsus helikopterin dumanlı havada televiziya qülləsinə çırpıldığı bildirilir. İlkin məlumata görə, ölənlərin dördü rusiyalı iş adamlarıdır. Digər iki nəfərin taleyi barədə hələlik məlumat yoxdur.
Xatırladaq ki, hadisə bu gün yerli vaxtla saat 11:30 (Bakı vaxtı ilə 12:30) radələrində baş verib. Sikorsky markalı helikopter havaya qalxdıqdan bir neçə dəqiqə sonra E-5 avtomobil yolu üzərində qəzaya uğrayıb.
Qəza yerində axtarış-xilasetmə işləri davam edir, hadisənin səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]
Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb
- 29.03.2024 [15:02]
Barselonada ekstremal quraqlıq hökm sürür
- 29.03.2024 [14:54]
ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib
- 29.03.2024 [14:37]