DÜNYA


İstanbulda hərbi helikopter qəzaya uğrayıb

İstanbul, 11 fevral, AZƏRTAC

İstanbulun Çəkməköy rayonunda hərbi helikopter qəzaya uğrayaraq yaşayış kompleksinin ərazisinə düşüb.

İlkin məlumata görə, qəza nəticəsində dörd əsgər həlak olub. Helikopter Çəkməköy rayonuna təcili eniş etdiyi vaxt qəzaya uğrayıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım əməkdaşları və xilasedicilər cəlb edilib.

Qəza ilə bağlı araşdırma aparılır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.