CƏMİYYƏT


İstanbulda işğalçı erməni siyasəti müzakirə olunub

İstanbul, 13 iyul, AZƏRTAC 

İstanbulun Cemil Meric Gənclik, Mədəniyyət və Təhsil mərkəzində "Ermənistanın işğalçı siyasəti və regional təhlükəsizlik" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, "Azərbaycan Aləmi" Mədəniyyət Mərkəzi İctimai Birliyinin və Anadolu 2071sosial media mərkəzinin dəstəyi ilə baş tutub.

Konfransda İstanbul Mədəniyyət müdiri Coşqun Yılmaz, Ümraniyə rayon icra başçısının köməkçisi Yusuf Ethem Koyuncu, Tuzla rayon icra başçısı Ali Akca, "Azərbaycan Aləmi" Mədəniyyət Mərkəzi İctimai Birliyinin rəhbəri Şəhla Yusifova, araşdırmaçı-yazıçı Aygün Həsənoğlu və digərləri iştirak ediblər.

Tədbirdə "Müharibə bölgəsində beynəlxalq hüququn tapdanması", "Osmanlı arxivlərinin araşdırılması", "Ermənilər nə üçün köçürüldü", "Qərbin türk dünyasına baxışı" və digər mövzularda məruzələr oxunub.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında müzakirələr aparılıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.