MƏDƏNİYYƏT


İstanbulda keçiriləcək Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə ölkəmiz də qatılacaq

İstanbul, 29 yanvar, AZƏRTAC

Azərbaycan İstanbulda keçiriləcək 24-cü EMİTT-Şərqi Aralıq dənizi Beynəlxalq Turizm və Səyahətlər Sərgisində təmsil olunacaq.

AZƏRTAC xəbər verir ki, yanvarın 30-dan fevralın 2-dək davam edəcək beynəlxalq sərgiyə dünyanın 35 ölkəsi qatılacaq. Tədbirdə ölkəmizin turizm potensialı nümayiş etdiriləcək, Azərbaycanın görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri təbliğ olunacaq.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.