SİYASƏT


İstanbulda keçirilən Qlobal Parlament Konfransı başa çatıb

İstanbul, 21 iyun, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisi (TBMM) və Parlamentlərarası İttifaqın (IPU) birgə təşkilatçılığı əsasında iyunun 20-də İstanbulda açılışı olan Qlobal Parlament Konfransı başa çatıb. Qlobal konfransda Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti təmsil edib.

AZƏRTAC xəbər verir ki, iki gün davam edən müzakirələrdən sonra Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyətinin iştirakı ilə Qlobal Parlament Konfransın yekunları ilə bağlı bağlanış mərasimi keçirilib.

Qana Respublikasının Yuxarı Məclisinin sədr müavini Josef Osei Ovus Qlobal Parlament Konfransının nəticələrinə dair dəyərləndirməni təqdim edib.

Sonra Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop konfransda yekun nitqi söyləyib.

İki gün aparılan müzakirələr zamanı eşidilən fikir və düşüncələrin, səsləndirilən çağırışların ümumdünya qaçqın və miqrant probleminin həllinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bütün iştirakçılara təşəkkürünü ifadə edərək vurğulayıb ki, bu məsələdə birgə addımların atılması olduqca vacibdir. Qaçqın və miqrantlara qarşı ayrı-seçkilik yolverilməzdir. Bütün işlər əlaqəli görülməli, əməkdaşlıq genişləndirilməlidir.

Azərbaycanı təmsil edən parlament nümayəndə heyətinin tərkibində Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər, eləcə də Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva konfransın bağlanış mərasimində iştirak ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.