SİYASƏT


İstanbulda keçirilən konqresdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycanın rolu haqqında məlumat verilib

İstanbul, 21 sentyabr, AZƏRTAC

İstanbulda keçirilən “VII Beynəlxalq Mavi Qara Dəniz” konqresində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycanın rolu haqqında məlumat verilib.

AZƏRTAC xəbər verir ki, bu il “Sülh, təhlükəsizlik və əməkdaşlıq” şüarı altında baş tutan konqresdə Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin “Karabakh is Azerbaijan” Milli Platformasının Türkiyə üzrə koordinatoru, dövlət təhlükəsizliyi üzrə ekspert Elvin Abdurahmanlı “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycanın rolu” elmi mövzusu ilə çıxış edib.

Konqresdə Azərbaycanı təmsil etdiyi üçün E.Abdurahmanlıya təşəkkür plaketi və qurultayın xatirə hədiyyəsi təqdim olunub.

Tədbirdə Türkiyənin vitse-prezidenti Fuat Oktay, bir neçə ölkə başçısı, Türkiyənin və digər dövlətlərin rəsmi şəxsləri, eləcə də Azərbaycandan nümayəndə heyəti iştirak edib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.