MƏDƏNİYYƏT


İstanbulda keçirilən musiqi festivalında ölkəmiz də təmsil olunub VİDEO

İstanbul, 28 noyabr, AZƏRTAC 

İstanbulun “Leyla Gencer” konsert salonunda beynəlxalq uşaq və gənclərin musiqi festivalı keçirilib. İki gün davam edən festival qala gecə ilə yekunlaşıb. Yarışmada ölkəmizi “Hazarfem” dərnəyinin rəqs qrupu təmsil edib.

AZƏRTAC xəbər verir ki, “Qoldenfest” uşaq və gənclərin musiqi festivalında Türkiyə, Azərbaycan və Ukraynadan rəqs qrupları iştirak ediblər. Festival Ukraynanın İstanbuldakı konsulluğu və Bakırköy bələdiyyəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

“Hazarfem” dərnəyinin rəqs qrupunun ifasında təqdim olunan “Çobanlar”, “Naz eləmə” və “Qafqaz” rəqsləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

İTV-nin Türkiyə bürosunun üzvü Səma Hüseynova festivalın münsiflər heyətində təmsil olunub.

Müxtəlif nominasiyalarda mükafatlandırılan kollektivlərdən biri də Ukraynanın “Sehirli köpü” uşaq tədris mərkəzinin “Modniki” rəqs qrupu olub. Mükafatı Azərbaycan təmsilçisi S.Hüseynova təqdim edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.