ELM VƏ TƏHSİL


İstanbulda ortaq türk dərslikləri müzakirə edilib

Bakı, 24 may, AZƏRTAC

Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış “Ortaq türk tarixi”, “Türk dünyasının coğrafiyası” və “Ortaq türk ədəbiyyatı” kursu üzrə proqramlar və dərslik layihələrinin yekun qiymətləndirilməsi məqsədilə İstanbulda geniş tərkibdə müzakirə təşkil edilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, üçgünlük seminarda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan adıçəkilən fənlər üzrə ekspertlər, o cümlədən Təhsil nazirliklərinin nümayəndələri, Beynəlxalq Türk Akademiyasının, Türk Dövlətləri Təşkilatının təmsilçiləri iştirak edib.

Mütəxəssislər tərəfindən proqramlar və dərsliklər üzərində işlər aparılıb, layihənin daha keyfiyyətli olması, şagirdlərdə geniş təsəvvür formalaşdırılması, dərsliklərin ideyasının şagirdlərə düzgün çatdırılması, türkdilli dövlətlərdə təhsil alan şagirdlərin zəngin tarixini bilməsi və onların fikir baxımından yaxınlaşması müzakirə olunub. Müzakirələrin sonunda layihəyə dair ortaq qərarlar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.