DÜNYA


İstanbulda sərnişin nəqliyyatındakı qəzada 33 nəfər xəsarət alıb VİDEO

İstanbulda sərnişin nəqliyyatındakı qəzada 33 nəfər xəsarət alıb VİDEO

İstanbul, 5 dekabr, AZƏRTAC

İstanbulun Eyüpsultan rayonunda tramvayla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanların sayı 33-ə yüksəlib. Bəzilərinin vəziyyəti ağırdır.

AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı İstanbul valisi Ali Yerlikaya açıqlama verib.

Bildirilib ki, toqquşmanın təsirindən sürətlənən avtobus iki avtomobilə və təhlükəsizlik kabininə çırpıldıqdan sonra dayana bilib.

Hadisə yerində müdaxilələr davam edir.

Faktla bağlı araşdırma başladılıb. İlkin məlumatda tramvay xəttindəki siqnal sisteminin artıq bir həftədir işləmədiyinin müəyyən olunduğu bildirilir.

Qeyd edək ki, hadisə dekabrın 5-də səhər saatlarında baş verib.

Günel Məlik

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.