DÜNYA


İstanbulda terror aktı planlaşdıran şəxs həbs edilib

İstanbul, 12 avqust, AZƏRTAC

İstanbulda terror aktı planlaşdıran şəxs həbs edilib.

AZƏRTAC xəbər verir ki, bu ilin iyul ayında İrandan keçərək Türkiyəyə daxil olan Mehdi Mıhçı adlı terrorçu İstanbulun Fatih rayonunda ələ keçirilib. Onun üzərində saxta şəxsiyyət vəsiqəsi aşkar olunub.

Polis idarəsində ifadə verən terrorçu 2014-cü ildə PKK terror təşkilatına üzv olduğunu, Baton Cilo kod adını istifadə etdiyini bildirib.

Terrorçu uzun müddət İraqda olduğunu, orada Türkiyə Silahlı Qüvvələrinin keçəcəyi bölgələrdə mina yerləşdirmələrdə iştirak etdiyini etiraf edib.

Bu şəxsin terror təşkilatının liderlərindən Murat Karayılanın göstərişi ilə İstanbula gəldiyi müəyyən edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.