SİYASƏT


İstanbulda ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub

İstanbul, 11iyun, AZƏRTAC 

Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti əvvəlcə İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin xatirəsini yad ediblər.

SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldakı baş konsulu Məsim Hacıyev, SOCAR-Türkiyənin İdarə Heyətinin sədri Vaqif Əliyev, SOCAR-Türkiyənin icraçı direktoru Zaur Qəhrəmanov və digər rəsmi şəxslər Ulu Öndərimizin parkda ucalan heykəli önünə gül dəstələri düzüblər.

Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün büstü önünə də gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.

Azərbaycan nümayəndə heyəti SOCAR-Türkiyənin İstanbuldakı yeni ofisinin açılışında və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil olunan mərasimdə iştirak edəcək.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.