DÜNYA


İstanbulda xəstəxanada yanğın baş verib, 102 nəfər təxliyə edilib VİDEO

İstanbul, 4 avqust, AZƏRTAC

İstanbulun Zeytinburnu rayonunda yerləşən Balıklı Rum xəstəxanasında yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, xəstəxana binasının dam örtüyü yanıb. Tibb müəssisəsindən 102 nəfər təxliyə edilib, 80 xəstə digər xəstəxanalara köçürülüb.

Polis ərazidə geniş təhlükəsizlik tədbirləri görüb. Yanğından çıxan qatı tüstünün mənfi təsir göstərdiyi vətəndaşlara tibbi heyətlər yardım göstərirlər.

İstanbul valiliyindən hadisə ilə bağlı verilən açıqlamada indiyədək yanğın səbəbindən ölən və ya yaralananların olmadığı bildirilib.

Xəstəxananın yerləşdiyi tarixi binada baş verən yanğının səbəb olduğu tüstü İstanbulun bir çox rayonundan müşahidə edilir.

Hazırda yanğının söndürülməsi işləri gedir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.