DÜNYA


İstanbulda yağan güclü qar bir sıra fəsadlara səbəb olub

İstanbul, 16 fevral, AZƏRTAC

Artıq bir neçə gündür Türkiyə ərazisində öz təsirini göstərən yağıntılı hava şəraiti bir sıra şəhərlərdə olduğu kimi, İstanbulda da böyük fəsadlara səbəb olub.

AZƏRTAC xəbər verir ki, yağan güclü qar səbəbindən İstanbulda ictimai nəqliyyatın fəaliyyəti dayanıb, avtomobil yollarında uzun tıxaclar yaranıb, gəmi səfərləri təxirə salınıb.

Yağıntılı hava şəraiti və güclü külək səbəbindən 218 ağac kökündən çıxıb, yeddi binanın damı çöküb. Dam örtüklərinin ətrafa saçılması nəticəsində bölgədəki 106 avtomobilə ciddi zərər dəyib.

Hidrometeoroloqlar bölgədə yağıntılı hava şəraitinin fevralın 17-dək davam edəcəyini proqnozlaşdırırlar. Hazırda ölkənin Mərmərə bölgəsində havanın temperaturu mövsüm normasından 4-8 dərəcə aşağıdır. Şəhərin yüksək hissələrində qarın qalınlığı 30-50 santimetrə çatıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.