DÜNYA


İstanbulda yağan güclü yağış şəhərdə ciddi problemlər yaradıb

İstanbul, 22 sentyabr, АZƏRTAC

Sentyabrın 22-də gecə saatları İstanbulda başlanan güclü yağış şəhərdə ciddi problemlər yaradıb.

AZƏRTAC xəbər verir ki, İstanbulun bəzi rayonlarında məhəllələri su basıb. Sel suları səbəbindən bir neçə böyük prospektdə nəqliyyatın normal hərəkəti pozulub. Sinoptiklər güclü yağışların bu gün də davam edəcəyini elan ediblər. Bildirilir ki, gün ərzində küləyin sürəti saatda 75 kilometri ötəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.