DÜNYA


İstanbulda yaradılan Birgə Koordinasiya Mərkəzinin rəsmi açılışı olub

İstanbul, 27 iyul, AZƏRTAC

Ukraynadan taxıl məhsullarının təhlükəsiz daşınması üçün İstanbulda yaradılan Birgə Koordinasiya Mərkəzinin rəsmi açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Türkiyənin milli müdafiə naziri Hulusi Akar mərkəzdə Türkiyə Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) olmaqla, hər bir tərəfdən beş nümayəndənin olacağını bildirib. Deyib ki, Qara dənizdən gələn ticarət gəmilərinin qeydiyyatı və müşayiət edilməsi mərkəz tərəfindən idarə olunacaq.

Nazir dəhlizin 25 milyon tondan çox taxılın təhlükəsiz daşınması baxımından zəruriliyini vurğulayıb.

Qeyd edilib ki, mərkəzin vəzifəsi Ukraynadan ixrac olunacaq taxıl və müvafiq ərzaq məhsullarının Odessa, Çernomorsk və Yuzni limanlarından dənizlə təhlükəsiz daşınmasını təmin etməkdir. Bu mərkəz təşəbbüsə daxil olacaq ticarət gəmilərinin qeydiyyatını və monitorinqini həyata keçirəcək, kommersiya gəmilərinin yola çıxmasına rabitə vasitələri ilə texniki nəzarət edəcək, bütün fəaliyyətini tərəf ölkələri və BMT ilə razılaşdırmaqla həyata keçirəcək. Gəmilər Ukrayna limanlarında yükləndikdən sonra və Türkiyə limanlarına çatdıqdan sonra uyğun hesab edilən yerlərdə birgə təftiş qrupları tərəfindən yoxlanılacaq. Minatəmizləmə ehtiyacı yaranarsa, tərəflərin razılaşdırdığı kimi, planlaşdırma aparılacaq.

İmzalanan sənəd 120 gün müddətində qüvvədə olacaq. Tərəflər xitam tələb etmədikcə davam edəcək və yenilənəcək.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.