DÜNYA


İstanbulda yaşayış binası çökmə təhlükəsi ilə üzləşib

İstanbul, 18 may, AZƏRTAC

İstanbulun mərkəzində yaşayış binası çökmə təhlükəsi ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, hadisə şəhərin Fatih rayonunda baş verib. Əsas sütunlarında irimiqyaslı çatlar yaranan binanın sakinləri təxliyə ediliblər. Hər bir təhlükəyə qarşı tikilinin ətrafı boşaldılıb.

Hadisə yerinə xilasedicilər və mütəxəssislər cəlb olunublar.

Hazırda binada araşdırma işləri aparılır.

Qeyd edək ki, Fatih İstanbulun tikililər baxımından ən qədim ərazilərindən biridir və təbii fəlakətlərə qarşı təhlükəli ərazidir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.