SİYASƏT
İstanbuldakı Mübariz İbrahimov adına məktəbin şagirdləri qazilərimizə baş çəkiblər
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Anım Günü ilə əlaqədar İstanbul şəhərindəki “Bağcılar Eğitim və Araşdırma” Xəstəxanasında müalicə alan Vətən müharibəsi qaziləri ziyarət edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, İstanbulda fəaliyyət göstərən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına məktəbin təşəbbüsü ilə baş tutan görüş zamanı soydaşlarımız və müəllim-şagird heyəti Füzulinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış qazilərimizə minnətdarlıqlarını bildiriblər. Daha sonra şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Məktəbin direktoru Məhsəti Şərif Özyürek və dərnəyin sədri Aygün Həsənoğlu qazilərimizin Vətən sevgisini şagirdlərə nümunə göstəriblər. “Anım Günündə tarixdən danışınca, şagirdləri tarix yazan igidlərlə tanış etmək istədik. Onlar bizə Zəfəri yaşadıblar. Allah qazilərimizə şəfa, şəhidlərimizə rəhmət eləsin", - deyə M.Ş.Özyürek vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:05]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]