QAN YADDAŞI


İstanbuldakı Üsküdar Universitetində Xocalı soyqırımına həsr olunan anım mərasimi təşkil edilib

İstanbul, 24 fevral, AZƏRTAC 

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar İstanbulda fəaliyyət göstərən Üsküdar Universitetində anım mərasimi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İstanbuldakı baş konsulluğu ilə Üsküdar Universitetinin birgə təşkil etdiyi mərasimdə bu təhsil ocağının kollektivi, eləcə də əcnəbi tələbələr iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xocalı soyqırımına həsr olunmuş “Zülmətdən qaçış” sənədli filmi nümayiş olunub.

Universitetin rektorunun müavini professor Mehmet Zelka, psixologiya bölməsinin müdiri, professor Sırrı Akbaba, sosiologiya bölməsinin müdiri, dosent Əbülfəs Süleymanov çıxışlarında Xocalı soyqırımının ağır nəticələrindən danışıblar. Onlar qeyd ediblər ki, Xocalı soyqırımı erməni vəhşiliyini ifşa edən tarixi cinayətdir. Xalqlarımızın bir daha belə acılar yaşamaması üçün dünya birliyi bu faciəni soyqırımı aktı kimi birmənalı şəkildə tanımalıdır. Eləcə də gənc nəsil bu barədə həqiqətləri öyrənməlidir.

Mərasimin keçirildiyi salonun foyesində Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotolar sərgilənib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.