DÜNYA


İstanbuldakı əlverişsiz hava şəraiti hava limanlarında problemlər yaradıb

İstanbul, 18 may, AZƏRTAC

İstanbulda bir neçə gündür davam edən əlverişsiz hava şəraiti "İstanbul" və "Sabiha Gökçən" hava limanlarında bəzi problemlər yaradıb. Belə ki, təyyarələrin bəziləri eniş üçün havada bir neçə dəfə dövrə vurmaq məcburiyyətində qalıblar. Bu barədə Dövlət Hava Meydanları İdarə olunması Təşkilatı məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, məlumatda şəhərdə iki gündür davam edən qeyri-sabit hava şəraiti ilə bağlı yeni açılmış “İstanbul” hava limanından 468 reysin 8-nin, “Sabiha Gökçən” hava limanından isə 94 reysdən 2-sinin təhlükəsiz eniş üçün digər aeroportlara yönəldildiyi bildirilir.

Qeyd edək ki, şəhərdəki əlverişsiz hava şəraiti ilə əlaqədar iki gündə İstanbuldakı hava limanlarına enmək istəyən təyyarələrin bir çoxu bu problemlə üzləşib. Bəzi təyyarələr isə Tekirdağ Çorlu hava limanına yönləndirilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.