DÜNYA
İstanbulu su ilə təmin edən hövzə və göllərdə doluluq səviyyəsi son altı ayda 50 faizdən yüksək olub
İstanbul, 20 fevral, AZƏRTAC
İstanbulu su ilə təmin edən və quruma təhlükəsi ilə üzləşən hövzə və göllərdə doluluq səviyyəsi son altı ay ərzində ilk dəfə 50 faizdən yüksək olub.
AZƏRTAC xəbər verir ki, İstanbulun Su və Kanalizasiya İdarəsindən (İSKİ) verilən son məlumatlara əsasən, hazırda bu bölgələrdə suyun miqdarı ümumi həcmin 50,03 faizini təşkil edir. Yanvarın 8-də bu rəqəm 19,16 faiz idi.
Ən çox artım isə Qazandərə (60,29 faiz) və Ömərli (58,59 faiz) su hövzələrində qeydə alınıb.
Qeyd edək ki, keçən il İstanbulun su hövzələrində ən yüksək doluluq nisbəti 66,58 faiz olaraq may ayında ölçülüb. Bu tarixdən etibarən azalmağa başlayan su miqdarı sentyabr ayında 41,95, dekabrda isə 22,32 faizədək enib. Mütəxəssislərin həyəcan təbili çalmalarına səbəb olan ən aşağı səviyyə isə 19,16 faizlə yanvarın 8-də ölçülüb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]