CƏMİYYƏT


İstanbulun Mərmərə Universiteti ilə Həkimləri Təkmilləşdirmə İnstitutu arasında ailə həkimi institutu sahəsində əməkdaşlıq genişləndiriləcək

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycanda səfərdə olan Türkiyənin Mərmərə Universitetinin ailə həkimliyi kafedrasının nümayəndələri professorlar Arzu Uzuner və Mehmet Akman Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) rəhbərliyi ilə görüşüblər.

İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ADHTİ-nin rektoru, professor Nazim Qasımov ailə həkimi institutunun səhiyyə sistemi çərçivəsində rolunun artırılması, pasiyentyönümlü yanaşmanın tətbiq olunması, ilkin səhiyyə müəssisələrinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması və səhiyyə xərclərinin rasional istifadəsinin təmin edilməsi barədə danışıb. Qeyd olunub ki, ailə həkimi ixtisasının tədris metodologiyasının və təcrübəsinin daha da təkmilləşdirilməsinə, müvafiq tədris planı və dərs vəsaitlərinin beynəlxalq təcrübəyə əsaslanaraq tərtib olunmasına, ixtisasartırma istiqamətində mübadilə proqramlarının həyata keçirilməsinə də ehtiyac var. Ona görə də iki ölkənin müəssisələri arasında əlaqələrin genişlənməsi qardaş Türkiyədə qazanılmış təcrübədən ölkəmizdə istifadə olunmasına kömək edəcəkdir.

Professorlar Arzu Uzuner və Mehmet Akman əldə olunan uğurları bölüşməyin çox önəmli olduğunu və gələcəkdə bütün istiqamətlərdə qarşılıqlı əməkdaşlığın zəruriliyini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.