DÜNYA


İstanbulun Sabiha Gökçən hava limanı ilin ən yaxşı aeroportu seçilib

İstanbul, 6 dekabr, AZƏRTAC

Dünyanın qabaqcıl hava yolu şirkətlərindən biri olan Asya Pasifik Aviasiya Mərkəzi tərəfindən bu sektora verdiyi böyük töhfələr və il ərzində 30 milyondan çox sərnişinin istifadə etdiyi aeroportu olaraq İstanbulun Sabiha Gökçən hava limanı ilin ən yaxşı aeroportu seçilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Sabiha Gökçən hava limanı məlumat yayıb. Məlumata əsasən, Maltada keçirilən Dünya Aviasiya Zirvəsində təşkil olunan mükafatlandırma mərasimində Sabiha Gökçən adına mükafat aeroportun baş meneceri Ersel Görala təqdim edilib.

Türkiyənin ikinci, Avropanın isə 12-ci ən işlək hava limanı hesab edilən Sabiha Gökçən beynəlxalq aeroportu ildə təxminən 35 milyon sərnişinə xidmət göstərir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.