DÜNYA
İstanbulun su hövzələrində sululuq səviyyəsi hər gün bir az daha azalır
İstanbul, 26 oktyabr, AZƏRTAC
İstanbulu su ilə təmin edən su hövzələrində sululuq səviyyəsi hər gün bir az daha azalır.
AZƏRTAC xəbər verir ki, İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) rəsmi internet səhifəsində oktyabrın 26-da bu hövzələrin doluluq səviyyəsinin 30,89 faiz olduğu göstərilir. Bu rəqəm cari ilin sentyabr ayının 23-də 39,6 faiz təşkil etmişdi.
İstanbulu su ilə təmin edən hövzələrin maksimum yığım həcmi 868 milyon 683 min kubmetrdir. Lakin buna baxmayaraq, hazırda bu hövzələrdə su miqdarı 260 milyon kubmetrdir. İstanbulda gündəlik orta hesabla 3 milyon kubmetr su istifadə edilir. Hövzələrdəki su miqdarı bölgələrə görə dəyişir.
Mütəxəssislər bunu cari ildə ölkə ərazisində havaların quraq keçməsi və yağıntının az olması ilə izah edirlər.
Şəhərdə analoji vəziyyət 2002-2003-cü illərdə də müşahidə olunmuşdu.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]