DÜNYA


İstanbulun su qaynaqlarından birinin üzərində rəngli təbəqə əmələ gəlib VİDEO

İstanbul, 15 iyul, AZƏRTAC

İstanbulun su qaynaqlarından biri olan Sazlıbosna gölünün üzərində mavi və yaşıl rənglərdə təbəqə əmələ gəlib. Bu, mütəxəssislərin təşvişinə səbəb olub.

AZƏRTAC xəbər verir ki, suya xüsusi rəngli maye tökülməsi ehtimalı ilə bağlı aidiyyəti qurumlara xəbərdarlıq edilib. Bölgəyə cəlb olunan mütəxəssislər tərəfindən faktla bağlı araşdırma başlanıb.

Qeyd edək ki, əmələ gələn bu təbəqənin rənginin bölgədəki yaşıllığa da keçdiyi müəyyən edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.