DÜNYA


İstanbulun tarixi bölgələrindən birində güclü meşə yanğını baş verib

İstanbul, 26 sentyabr, AZƏRTAC 

İstanbulun tarixi yerlərindən olan “Anadolu Hisarı”na yaxın meşəlik ərazidə güclü yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, yanğın yaşayış ərazilərinə yaxın bölgədə meydana gəlib. Hazırda yanğının söndürülməsi işləri aparılır. Hadisə yerinə yanğınsöndürən briqadalarla yanaşı, helikopterlər də cəlb olunub. Yanğın səbəbindən çıxan qatı duman İstanbulun bir çox bölgələrindən görünür.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.