MƏDƏNİYYƏT


İstedadlı rəssam Zakir Hüseynovun xatirəsinə həsr olunmuş sərgi açılmışdır

Bakı, 7 dekabr (AZƏRTAC). Dekabrın 7-də Xətai Miniatür Sənəti qalereyasında istedadlı rəssam Zakir Hüseynovun əziz xatirəsinə həsr olunmuş fərdi sərgisi və “Tənha döyüşçü” kitabının təqdimat mərasimi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Xalq Rəssamı Arif Hüseynov, Əməkdar İncəsənət Xadimi, “Tənha döyüşçü” kitabının müəllifi Ziyadxan Əliyev və başqaları bir il əvvəl dünyasını dəyişmiş istedadlı rəngkar Z.Hüseynovun mənalı ömür yolu və zəngin yaradıcılığı haqqında söz açmışlar.

Bildirilmişdir ki, Zakir Hüseynov təhsilini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində almışdır. 1978-ci ildən başlayaraq ömrünün sonunadək müxtəlif miqyaslı sərgilərin iştirakçısı olmuşdur. Əsərləri nüfuzlu yerli və xarici ölkə kolleksiyalarını və muzeyləri bəzəyir. Yaradıcılığı barəsində vaxtaşırı Azərbaycan və xarici ölkə mətbuatında çoxsaylı məqalələr dərc olunmuşdur.

Diqqətə çatdırılmışdır ki, “Azərbaycan müasir təsviri sənət ustaları” seriyasından çap edilmiş “Tənha döyüşçü” kitabında Z.Hüseynovun 49 illik ömür yolu geniş işıqlandırılmışdır.

Bir ay davam edəcək sərgidə rəssamın 50-dən çox əsəri nümayiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.