MƏDƏNİYYƏT
İstedadlı skripkaçılarımız beynəlxalq müsabiqədə uğurla çıxış ediblər
Bakı, 13 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdləri İspaniyada keçirilən "World Art Games" beynəlxalq onlayn müsabiqədə uğurla iştirak ediblər.
İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə məktəbin skripka ixtisası üzrə şagirdi Rada Ramazanova (müəllim Diana Beremxanova) III yaş kateqoriyası üzrə (13-15 yaşlılar arasında) II yerə, eyni ixtisas üzrə Neylor Çarlz Emin (müəllim Nigar Babayeva) I yaş kateqoriyası üzrə (9 yaşına qədər) II yerə layiq görülüb.
Qeyd edək ki, "Word Art Games" beynəlxalq onlayn müsabiqədə iştirak məşhur münsiflər heyəti, peşəkar, məşhur aktyorlar, pedaqoqlar, musiqi və xoreoqrafiya sahəsində ustad-kouçlar tərəfindən qiymətləndirmə imkanıdır.
Müsabiqənin təşkilatçısı isə Avropada aparıcı festival-müsabiqə təşkilat komitəsi olan “Fiestalonia Milenio” 30-dan artıq beynəlxalq təşkilatı təmsil edir və dünyanın 20-dən çox ölkəsinin mədəniyyət nazirlikləri tərəfindən dəstəklənir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]