DÜNYA


İstehkamçılar Arıs şəhərinin küçələrində 20-dən çox mərmi aşkarlayıb

Bakı, 25 iyun, AZƏRTAC

Qazaxıstanlı istehkamçılar Türküstan vilayətinin Arıs şəhərinin küçələrində 20-dən çox mərmi aşkarlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin fövqəladə vəziyyətlər üzrə komitəsinin sədri Vladimir Bekker “Xabar 24” telekanalının efirində deyib.

“İstehkamçılar 24 mərmi və 104 təhlükəli fraqment aşkarlayıb. Onlar ya yerində partladılacaq, ya da digər yerə aparılaraq zərərsizləşdiriləcək. Şəhərdə 7600 bina var, ilkin məlumata əsasən, onların təxminən 80-90 faizi müxtəlif dərəcədə zədələnib. Komissiya dəymiş zərəri hesablayacaq”, - deyə Bekker bildirib.

Xatırladaq ki, iyunun 24-də Qazaxıstanın cənubunda yerləşən Türküstan vilayətinin Arıs şəhəri yaxınlığında yerləşən hərbi hissələrin birində yanğın baş verib. Bundan sonra silah anbarındakı döyüş sursatları partlamağa başlayıb. 45 min nəfərin yaşadığı Arıs şəhərinin əhalisi təxliyə edilib. Partlayışlar yalnız bu gün səhər saatlarında səngiyib.

Son məlumata əsasən, insident nəticəsində azı iki nəfər – bir mülki şəxs və bir hərbçi həlak olub, 89 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.