İQTİSADİYYAT


İstehlak bazarında bir istehlakçı orta hesabla ayda 373,5 manat xәrclәyib

Bakı, 16 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında istehlakçıların tәlәbatlarının ödәnilmәsi mәqsәdilә satılmış mәhsulların vә göstәrilmiş xidmәtlәrin dәyәri 33,5 milyard manat olmaqla 2019-cu ilin eyni dövrünә nisbәtәn müqayisәli qiymәtlәrlә 7,7 faiz azalıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlәt sektorunun tәsәrrüfat subyektlәri tәrәfindәn satılmış mәhsulların vә göstәrilmiş xidmәtlәrin dәyәri 2019-cu ilin eyni ayları ilә müqayisәdә 7,4 faiz azalaraq 32,3 milyard manata bәrabәr olub, onun 49,6 faizi fәrdi sahibkarların fәaliyyәti sayәsindә formalaşıb. Hesabat dövründә istehlak bazarında bir istehlakçı orta hesabla ayda 373,5 manat vә ya 2019-cu ilin eyni dövrünün göstәricisindәn nominal ifadәdә 22,4 manat az vәsait xәrclәyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.