İQTİSADİYYAT


İstehlak məhsullarının və xidmətlərin qiymətləri açıqlanıb

Bakı, 10 avqust, AZƏRTAC

İyun ayında Bakı şəhəri üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 99,6 faiz, 2020-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 102,6 faiz təşkil edib.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, cari ilin iyununda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 98,5 faiz, 2020-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 104,9 faiz olub. İyunda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi may ayına ilə müqayisədə 99,8 faiz, 2020-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 100,9 faiz təşkil edib. Hesabat dövründə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,8 faiz, 2020-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 101,1 faiz olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.