CƏMİYYƏT


İstehlaka yararsız bioloji fəallığa malik qida əlavələrinin satışının qarşısı alınıb

Bakı, 1 dekabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan müraciət əsasında Qaradağ rayonunun Lökbatan qəsəbəsində ticarət mərkəzində bioloji fəallığa malik qida əlavələrinin topdan satışını həyata keçirən fiziki şəxslər Qəmbərov Rauf Qurbanqulu oğlu, Muhammed Saeed Khana və Mehdiyev Vüqar İnqilab oğluna məxsus mağazalarda yoxlama keçirilib.

Araşdırmalar nəticəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, sertifikatlaşdırılmamış, bioloji fəallığa malik qida əlavələri adı altında müxtəlif çeşidli məhsulların satışının həyata keçirildiyi müəyyən olunub.

Müxtəlif çeşiddə və çəkilərdə qablaşdırılmış 192 ədəd qida təhlükəsizliyi sertifikatı olmayan məhsul satışdan kənarlaşdırılaraq müvafiq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.