CƏMİYYƏT


İstehlakçı şikayəti nəticəsində antisanitar şəraitdə dondurma istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

Bakı, 5 iyul, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinə Mingəçevir şəhəri, M.Rəhimov küçəsi, 81A ünvanında fiziki şəxs Əliyev Məhəmməd Yaqut oğluna məxsus antisanitar şəraitdə dondurma istehsal edilməsi ilə əlaqədar daxil olan şikayət əsasında həmin ərazidə monitorinq keçirilib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinq zamanı əraziyə ilkin baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub.

Dondurma istehsalı müəssisəsində ventilyasiya sisteminin olmadığı və istehsal sahəsində antisanitar şəraitin hökm sürdüyü aşkar edilib. Müəssisədə istifadə olunan çənlərin və avadanlıqların dezinfeksiyasının aparılmadığı, qida məhsulları ilə birbaşa təmasda olan ləvazimatların yeyinti sənayesində istifadə olunması, həmçinin emal sahəsində xammal, su, vafli və digər inqridiyentlərin laborator analizlərinin aparılmadığı və mənşəyinin məlum olmadığı aşkarlanıb.

Aşkar olunan nöqsanlar əsasında dondurma istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində aidiyyəti qurumlarla birgə tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.