İstehlakçılar keyfiyyətli elektrik enerjisi ilə təmin olunur
AzerTAg.az
Bakı, 21 noyabr, AZƏRTAC
“Şirvan” Regional Elektrik Şəbəkəsi Müəssisəsi istehlakçıların keyfiyyətli elektik enerjisi ilə təmin olunmasına daim diqqət yetirilir. Bu məqsədlə elektrik avadanlığı və hava verilişi xətləri mütəmadi təmir olunur.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin doqquz ayında şəbəkələr üzrə ümumilikdə 3 minə yaxın “smart-kart” tipli sayğac quraşdırılıb. Həyətyanı sahələrdən keçən köhnə naqillər SİP kabellərlə əvəz olunub, qüsurlu sayğaclar dəyişdirilib.
Hazırda müəssisənin xidməti ərazisində yenidənqurma və təmir-tikinti işləri davam etdirilir. Bu dövrdə müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 7 min 640-a yaxın istehlakçının sayğac-uçot komplektində qüsur aşkar edilib. 25,6 milyon kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 1 milyon 536 min manata yaxın istehlak dəyəri bərpa olunub.
Xəbərin mətnində orfoqrafik səhv var