İQTİSADİYYAT


İstehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində 1004 sayda araşdırma aparılıb

Bakı, 9 iyul, AZƏRTAC

İlin ilk yarısında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən büdcədən maliyyələşən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində ümumilikdə 1004 sayda araşdırma aparılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, elektrik qurğularının texniki istismar, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyəti ilə əlaqədar büdcədən maliyyələşən istehlakçılarda 542 sayda texniki araşdırma aparılıb. Eyni zamanda, büdcədən maliyyələşən müəssisələrdə qazdan səmərəli istifadənin və qaz qurğularının etibarlı istismarının təmin edilməsinin, həmçinin Azərbaycan Respublikasının qanunlarının, “Qazdan istifadə Qaydaları”nın və müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 462 obyektdə yoxlama keçirilib.

Araşdırmalar zamanı aşkar olunmuş pozuntulara görə müvafiq aktlar tərtib edilib və çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi olan müvafiq göstərişlər verilib.

Həmçinin agentlik tərəfindən 26 obyektin elektrik qurğu və avadanlıqlarının “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri pozulmaqla, texniki sənədləşdirmə aparılmadan elektrik şəbəkələrinə qoşulduğu aşkar edilib. Qazpaylayıcı şəbəkəyə isə 12 sayda qanunsuz qoşulma faktı qeydə alınıb. Elektrik və qaz şəbəkələrinə qanunsuz qoşulma ilə əlaqədar tədbir görülməsi, o cümlədən belə obyektlərə elektrik enerjisi verilişinin və qaz təchizatının dayandırılması barədə enerji təchizatı müəssisələrinə və qaz paylayıcılara göstərişlər verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 279, 280, 281.1, 281.2, 282.1 və 282.2-ci maddələri üzrə protokolların tərtib edilməsi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətinə verilib. Hesabat dövründə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə elektrik enerjisi təchizatı sahəsində yol verilmiş pozuntularla bağlı 24, qaz təchizatı sahəsində 30 protokol tərtib edilib.

Bundan başqa, hesabat dövründə “Azərenerji” və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 56 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış aparılıb, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib, sayğacların kompüterlə oxunması həyata keçirilib.

Eyni zamanda, istehlakçıların müraciəti əsasında 82 müəssisədə 491 nəfər elektrotexniki heyətin əməyin mühafizəsi, texniki istismar, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyinə dair biliyi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.